Reklamlarda uşaqların görüntüsünün istifadəsinə məhdudiyyət qoyulur

Reklamlarda uşaqların görüntüsünün istifadəsinə məhdudiyyət qoyulur
Yayınlanma tarixi: 1/28/2026 11:33:47 AM

Reklamlarda uşaqların görüntüsü yalnız valideyn, yaxud onları əvəz edən şəxslərin razılığı ilə istifadə oluna bilər.

İslamazeri.com xəbər verir ki, bununla bağlı Azərbaycanda yeni hazırlanan "Uşaq hüquqları haqqında" qanun layihəsindən irəli gələrək "Reklam haqqında" qanuna yeni maddə əlavə edilməsi təklif olunur.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində müzakirəyə çıxarılan dəyişiklikdə qeyd olunub ki, reklamda uşağın görüntüsü əks olunan materiallardan yalnız onun valideynlərinin (onları əvəz edən şəxslərin) razılığı ilə istifadə edilə bilər.

Xatırladaq ki, yeni hazırlanmış "Uşaq hüquqları haqqında" qanun layihəsinə əsasən, dövlət uşaqları mənəvi və fiziki baxımdan zərərli olan reklamlardan müdafiə edir.

Layihədə qeyd edilib ki, uşaqların zərərli reklamdan müdafiəsinin əsas prinsipləri və reklama dair tələblər "Reklam haqqında" qanunla müəyyən ediləcək.

Bundan başqa, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanuna təklif edilən dəyişikliyə görə isə uşaqlar üçün keçirilən tədbirlərdə tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirilməsi, həmçinin tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirildiyi əsərlərin, tamaşaların, proqramların efirdə, kabel yayımı vasitəsi ilə açıq yayımlanması qadağan ediləcək.

GÜNÜN MANŞETLERİ

Netanyahunun yeni Qəzza planı: Türkiyə əsgərləri olmayacaq!
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Netanyahunun yeni Qəzza planı: Türkiyə əsgərləri olmayacaq!

1/28/2026 6:07:14 PM
Amerikalı konqresmenlər Gürcüstana gəlir
REGİON / GÜRCÜSTAN

Amerikalı konqresmenlər Gürcüstana gəlir

1/28/2026 5:33:21 PM
Ermənistan: Türkiyə ilə sərhədlər açılmalıdır
REGİON / ERMƏNİSTAN

Ermənistan: Türkiyə ilə sərhədlər açılmalıdır

1/28/2026 5:24:52 PM
Kumeyl duası
DİN

Kumeyl duası

1/28/2026 12:23:01 PM