Qalibaf Qətər əmiri ilə görüşmək üçün Dohaya səfər edib

Qalibaf Qətər əmiri ilə görüşmək üçün Dohaya səfər edib
Yayınlanma tarixi: 5/25/2026 6:10:14 PM

Qalibaf Qətər əmiri ilə görüşmək üçün Dohaya səfər edib.

İslamazeri.com xəbər verir ki, İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibafın rəhbərlik etdiyi yüksək səviyyəli nümayəndə heyəti Qətərin paytaxtı Dohaya gəlib.

İran danışıqlar qrupunun rəhbəri Qalibaf Qətər əmiri Şeyx Təmim bin Həməd Əl-Tani ilə görüşmək üçün Dohaya səfər edib.

Qalibafı Qətərə səfərində xarici işlər naziri Seyid Abbas Əraqçi və Mərkəzi Bankın sədri Əbdülnasir Hemmati müşayiət edir.

Doha səfəri zamanı ikitərəfli münasibətlər və müharibənin bitməsi və sanksiyaların aradan qaldırılması üçün danışıqlarla bağlı məsələlər müzakirə olunacaq.

GÜNÜN MANŞETLERİ