Hersoq: İsrail cəmiyyətində zorakılıq yayılır
İslamazeri.com xəbər verir ki, İsrail prezidenti İsaak Hersoq ölkədə ekstremizm və zorakılığın yayılmasını etiraf edərək, cəmiyyətin ciddi bir "vəhşilik" yaşadığını bildirib.
Qərbi Qüdsdə çıxış edən Hersoq fanatik yəhudi qruplarının müsəlman və xristian fələstinlilərə qarşı hücumlarının artdığını bildirib. O, işğal olunmuş Qərb Şəriyəsindəki Fələstin ərazilərini hədəf alan hücumların nəzarətdən çıxdığını və cəmiyyətin fundamental mənəvi dəyərlərinin aşındığını qeyd edib.
Hersoq müxtəlif dinlərə mənsub insanlara qarşı alçaldıcı hücumların qəbuledilməz olduğunu vurğulayıb və İsrail həbsxanalarında pis rəftarla bağlı tənqidləri təsdiqləyən açıqlamalar verib.
Qeyd edək ki, İnsan haqları təşkilatları uzun müddətdir ki, fələstinli məhbuslara işgəncə və pis rəftar iddialarını qaldırır, İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin sərt siyasəti isə güclü beynəlxalq tənqidlərə səbəb olmağa davam edir.