Ərəfə Günü - Tövsiyə olunan əməllər

Ərəfə Günü - Tövsiyə olunan əməllər
Yayınlanma tarixi: 5/26/2026 10:26:23 AM

Ərəfə bir gündür Allah-Təala bəndələrini ibadət, itaətə, bağışlanmağa çağırır, öz ehsan və bərəkət süfrələrini onlar üçün açır.

İslamazeri.com xəbər verir ki, Həcc əməllərindən biri də Zil-hiccə ayının doqquzuncu günü (Qurban bayramından bir gün əvvəl) “Ərəfat” və 10-cu gecəsi “Məşər” adlı yerlərin ziyarətidir. Bu səbəbdən də həmin günə “Ərəfə” (“tanımaq”) deyilir. Həmin günün fəziləti barədə hədislərdə çoxlu məlumat var. Qədr gecəsində bağışlana bilməyənlər məhz Ərəfə günü bağışlanmaq imkanı qazanırlar. Bu gün oruc tutmaq və İmam Hüseynin (ə) “Ərəfə” duasını oxumaq böyük savabdır.

Müqəddəs Kəbə evini təvaf etdikdən sonra zəvvarlar Ərəfat çölünə yola düşürlər. Ərəfat – Məkkədən 25 km uzaqlıqda yerləşən Cəbəl ər-Rəhmə (“Rəhmət dağı”) adlı dağın döşündə düz və yastı səhradır.

Bu günün məxsus əməlləri vardır ki, diqqətinizə çatdırırıq:
1.Qüsl. Zilhiccə ayının 9-cu gününün – Ərəfə gününün müstəhəb əməlləri sırasında birinci yeri qüsl tutur.
2.Bu gün imam Hüseyn(ə)-ı ziyarət etmək (Aşura ziyarəti ilə olsa belə).


4.Oruc tutmaq (onun zəifləməsinə və dua oxumayacağına səbəb olmayacaqsa).
5.Peyğəmbərin təsbehi: “Subhanəlləzi fissəmai ərşuh, subhanəlləzi fil ərzi hukmuh, subhanəlləzi fil quburi qəzauh, subhanəlləzi fil bəhri səbiluh, Subhanəlləzi finnari sultanuh, Subhanəlləzi fil cənnəti rəhmətuh, Subhanəlləzi fil qiyməti ədluh, Subhanəlləzi rəfə əssəma, Subhanəlləzi bəsətəl ərzə, Subhanəlləzi la məlcə ə və la məcə ə minhu illa iləyh. Subhanəl lahi vəl həmdu lilləhi və la ilahə illəllahu vəllahu əkbər.”
6.İmam Sadiq (ə)-dan zikr olunan salavat: “Allahummə inni əs əlukə ya mən huvə əqrəbu iləyyə min həblil vərid ya mən yəhulu bəynəl mər i və qəlbih, ya mən huvə bil mənzəril əla və bil ufuqil mubin. Ya mən huvər rəhmanu ələl ərşistəva ya mən ləysə kəmislihi şəyun və huvəs səmiul bəsir. Əsəlukə ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd.”
7. “Ummu-Davud” duasını oxumaq (Dua kitablarında qeyd olunub)
8.İmam Hüseyn (ə)-ın “Ərəfə” günündə oxuduğu dua.
9. “Ərəfə” gününün sonunda bu duanı oxumaq: “Ya rəbbi, innə zunubi la təzurruk, və innə məğfirətik li la tənqusuk, fə ətini ma la yənqusuk, vəğfirli ma la yəzurruk.”, “Allahummə la təhrimni xəyrə ma indəkə lişərrin ma indi fə əntə ləm tərhəmni bi tə əbi və nəsəbi fəla təhrimni əcrəl məsaibi əla musibətih.”

Ərəfə günündə bu duanı oxumaq da tövsiyə edilir: “Subhanəlləzi fis-səmai ərşuh, subhanəlləzi fil-ərzi hukmuh, subhanəlləzi fil-quburi qəzauh, subhanəlləzi fil-bəhri səbiluh, subhanəlləzi fin-nari sultanuh, subhanəlləzi fil-cənnəti rəhmətuh, subhanəlləzi fil-qiyaməti ədluh, subhanəlləzi rəfəəs-səma, subhanəlləzi bəsətəl-ərz, subhanəlləzi la məlcəə və la mənca minhu illa iləyh”.
Tərcüməsi : «Müqəddəsdir o zat ki (yəni Allah), səmada Onun ərşi yerləşir, yerdə Onun hökmü hakimdir. Müqəddəsdir o zat ki, Onun qəzavü-qədəri qəbirlərdə həyata keçir, su Onun hökmü ilə yola dönür. Müqəddəsdir o zat ki, alov (cəhənnəm) Ona tabedir, Onun mərhəməti cənnəti bürüyüb, qiyamətdə Onun ədaləti hökm sürür. Müqəddəsdir o zat ki, səmanı ucaltdı, yeri genişlətdi, Ondan başqa heç kimə sığınmaq və Onun hökmündən qaçıb Onun özündən başqa heç kimin himayəsində xilas olmaq mümkün deyil».

10. Bundan sonra 100 dəfə demək: “Subhanallahi vəlhəmdu lilləhi və lə iləhə illəllahu vəllahu əkbər”. (“Təsbihati-ərbəə”). Tərcüməsi: «Allah müqəddəsdir. Allaha həmd olsun. Allahdan başqa məbud yoxdur. Allah hər şeydən daha ucadır».
100 dəfə "Tövhid" surəsini və 100 dəfə də "Ayətül-kursi"ni demək. Sonra 100 dəfə salavat demək.

Bundan sonra 10 dəfə aşağıdakı dua oxunur: “Lə iləhə illəllah, vəhdəhu lə şərikə ləh, ləhul-mulku və ləhul-həmd, yuhyi və yumit, və yumitu və yuhyi, və huvə həyyun lə yəmut, biyədihil-xəyru və huvə əla kulli şəy’in qadir”.
Tərcüməsi: «Allahdan başqa məbud yoxdur. O, təkdir, şəriki yoxdur. Dirildən və öldürən, öldürən və dirildən Odur. Özü isə ölməzdir və diridir. Xeyir Onun hökmündədir və O, hər şeyə qadirdir».
Sonra aşağıdakı zikrlərin hər birini 10 dəfə demək:
“Əstəğfirullahəl-ləzi lə iləhə illə huvəl-həyyul-qəyyumu və ətubu iləyh” - 10 dəfə
Tərcüməsi: «Ondan başqa məbud olmayan, diri və qalarlı olan Allahın hüzurunda günahlarımın bağışlanmasını diləyir və tövbə edirəm».
“Ya Əllahu” - 10 dəfə
“Ya Rahmənu” - 10 dəfə
“Ya Rahimu” - 10 dəfə
“Ya bədiəs-səmavati vəl-ərzi ya zəl-cələli vəl-ikram” - 10 dəfə
Tərcüməsi: «Ey göyləri və yeri yaradan. Ey cəlal və kərəm sahibi».
“Ya həyyu ya qəyyum” (ey diri və qalarlı olan Allah) - 10 dəfə
“Ya hənnanu ya mənnan” » (ey mehriban və hamının minnətdar olduğu Allah) - 10 dəfə
“Lə iləhə illə ənt” (Səndən başqa məbud yoxdur) -10 dəfə
“Amin” -10 dəfə

Axırda isə bu dua deyilir: “Əllahummə inni əs’əlukə ya mən huvə əqrəbu iləyyə min həblil-vərid. Ya mən yəhulu bəynəl-mər’i və qalbih, ya mən huvə bil-mənzəril ə’la və bil-ufuqil-mubin, ya mən huvər-rəhmanu ələl-ərşistəva, ya mən ləysə kəmislihi şəy’, və huvəs-səmiul-bəsir, əs’əlukə ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd”.
Tərcüməsi: «Allahım, ehtiyacımı Səndən istəyirəm. Ey mənə şah damarımdan da yaxın olan! Ey insanla qəlbi arasında rabitə yaradan. Ey uca məqamdan hər şeyi görən və açıq-aydın bilən! Ey ərşi öz hökmünə almış mərhəmət sahibi! Ey özündən başqa məbud olmayan! Hər şeyi eşidən və görən! Sənin salavatın Həzrət Muhəmmədə və Əhli-beytinə (ə) olsun!».
Sonra da Allahdan hacətini istəyirsən. Bu duadan sonra insanın istəyinin həyata keçməsi ehtimalı çox böyükdür.

GÜNÜN MANŞETLERİ

İsrail Livanı qadağan olunmuş fosfor bombaları ilə vurdu
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livanı qadağan olunmuş fosfor bombaları ilə vurdu

5/26/2026 10:47:04 AM
ABŞ İrana hücum edib
REGİON / İRAN

ABŞ İrana hücum edib

5/26/2026 10:13:55 AM