HƏMAS: Ukrayna müharibəsi Qərbin ikiüzlülüyünü ifşa etdi

HƏMAS: Ukrayna müharibəsi Qərbin ikiüzlülüyünü ifşa etdi
Yayınlanma tarixi: 12/26/2022 11:16:34 AM

HƏMAS-ın dini və milli dəyərlərin heç birinə toxunulmasını qəbul etmədiyini bildirən Əbu Mərzuk, HƏMAS ilə əlaqələrin başqalarına qarşı istifadə edilməsi və hərəkata nəzarət cəhdlərini də rədd etdiklərini bildirib.

İslami Müqavimət Hərəkatının Siyasi Birliyinin üzvü və Beynəlxalq Əlaqələr İdarəsinin rəhbəri Musa Əbu Mərzuk bildirib ki, HƏMAS indiyədək imkanlar daxilində bəzi görünən, bəziləri də görünməyən əlaqələr şəbəkəsi qurmağa nail olub.

İslamazeri.com xəbər verir ki, Fələstin İnformasiya Mərkəzinə müsahibə verən Əbu Mərzuk, HƏMAS-ın münasibətlərində 10 hədəfi olduğunu açıqlayıb.

HƏMAS-ın dini və milli dəyərlərin heç birinə toxunulmasını qəbul etmədiyini bildirən Əbu Mərzuk, HƏMAS ilə əlaqələrin başqalarına qarşı istifadə edilməsi və hərəkata nəzarət cəhdlərini də rədd etdiklərini bildirib.

HƏMAS-ın münasibətlərində işğal rejimi istisna olmaqla hər kəsə açıq olduğunu qeyd edən Əbu Mərzuk, ABŞ-ın müqavimət və silahı yerə qoymaq kimi ilkin şərtlərini qəbul etmədiklərini bildirib.

Əbu Mərzuk Avropanın bir çox ölkəsi ilə danışıqlar apardıqlarını, bəziləri ilə münasibətlərinin açıq, bəziləri ilə isə gözdən uzaq olduğunu bildirib.

Onun sözlərinə görə, Ukrayna müharibəsi Qərbin ikiüzlülüyünü ifşa etmək imkanı yaradıb.

Əlcəzairdə Fələstinli qruplar arasında imzalanan barışıq müqaviləsinin həyata keçirilməsini istəyən Əbu Mərzuk, razılaşmanın həyata keçirilməsinin Fələstin xalqı üçün əhəmiyyətli bir fürsət olduğuna diqqət çəkib.

GÜNÜN MANŞETLERİ

ABŞ-İsrail Həşdi-Şabini hədəfə aldı: Ölən və yaralananlar var
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

ABŞ-İsrail Həşdi-Şabini hədəfə aldı: Ölən və yaralananlar var

3/16/2026 1:30:03 PM
Livan İslam Müqavimətindən İsrailə ZƏRBƏ
DÜNYA / İSLAM DÜNYASI

Livan İslam Müqavimətindən İsrailə ZƏRBƏ

3/16/2026 1:20:01 PM
Namazların ümumi təqibatı
DİN

Namazların ümumi təqibatı

3/16/2026 12:43:38 PM
Sumqayıtda top mərmisi aşkar edilib
ÖLKƏ / HADİSƏ

Sumqayıtda top mərmisi aşkar edilib

3/16/2026 12:20:30 PM
Qəbul imtahanlarının tarixi açıqlanıb
ÖLKƏ / TƏHSİL

Qəbul imtahanlarının tarixi açıqlanıb

3/16/2026 11:37:55 AM