Fransada prezidentliyə namizəd: İsrail soyqırım törədən tərəfdir

Fransada prezidentliyə namizəd: İsrail soyqırım törədən tərəfdir
Yayınlanma tarixi: 5/9/2026 10:58:36 AM

Fransada prezidentliyə namizəd İsraili dünyada "ən təhlükəli" tərəf adlandırıb

İslamazeri.com xəbər verir ki, Fransada prezidentliyə namizəd Jan-Lük Melanşon İsraili regionda və dünyada "ən təhlükəli" tərəf adlandırıb, həmçinin Benyamin Netanyahu kabinetini "müharibə qızışdırdığına" və qonşu ölkələrə hücum etdiyinə görə tənqid edib.

 Melanşon Fransanın "LCI" kanalına müsahibəsində sözlərinin birbaşa İsrail rejiminin hazırkı rəsmilərinə ünvanlandığını bildirərək deyib: "İsrail regionda hərbi gərginliyi artıran və soyqırım törədən tərəfdir."

Bu kontekstdə Melanşon BMT-nin hərbi rəsmilərindən biri ilə apardığı söhbəti xatırladıb. O, həmin rəsmidən "İsrail Livana hücum edərsə, BMT qüvvələrinin mövqeyi necə olacaq?" deyə soruşub. Melanşonun sözlərinə görə, cavab belə olub: "Geri çəkilmək barədə əmrlər verilib."

Melanşon bu mövqeyi kəskin tənqid edərək, sülhməramlı qüvvələrin çıxarılmasını onların əsas missiyasına zidd hesab edib. O qeyd edib ki, onların rolu geri çəkilmək deyil, tərəfləri bir-birindən ayırmaq olmalıdır.

O həmçinin əlavə edib ki, Fransa öz əsgərlərinə qarşı hücuma dözməyəcək və buna müvafiq şəkildə cavab verəcək.

GÜNÜN MANŞETLERİ