İsrail Radiosu: Təl-Əviv bütün cəbhələrdə dalana dirənib.
İslamazeri.com xəbər verir ki, İsrail radiosu İranla gərginliyi və bölgədəki son hadisələri dəyərləndirərkən bildirib ki, Təl-Əviv bütün cəbhələrdə çıxılmaz vəziyyətdədir və ya müharibəyə qayıtmalı, ya da ABŞ-ın imzaladığı razılaşmanı qəbul etməli olacaq.
İsrail radiosu İranla bağlı son hadisələri dəyərləndirərkən İranın nüvə proqramından əl çəkməyəcəyini və zənginləşdirilmiş uran ehtiyatlarını təslim etməkdən imtina etdiyini bildirib.
Xəbərdə İsrailin bütün cəbhələrdə çıxılmaz vəziyyətə düşdüyü, Təl-Əvivin ya müharibəyə qayıtmaqdan, ya da ABŞ-ın imzaladığı razılaşmanı qəbul etməkdən başqa çarəsi olmadığı bildirilib.
Sözügedən media orqanı həmçinin etiraf edib ki, mümkün razılaşma Təl-Əvivin müharibəyə gedərkən axtardığı tələblərə cavab verməyəcək və İsrailin “ekzistensial təhlükə” kimi gördüyü riskləri tamamilə aradan qaldırmayacaq.