Bakıda ötən il 15 kilometr uzunluğunda mikromobillik zolağı çəkilib

Bakıda ötən il 15 kilometr uzunluğunda mikromobillik zolağı çəkilib
Yayınlanma tarixi: 1/28/2026 1:59:01 PM

Təkcə 2025-ci ildə Bakıda 15 küçə və prospektdə, həmçinin 2 ərazidə 15 kilometr uzunluğunda mikromobillik zolağı çəkilib, şəbəkənin uzunluğu 60 km-ə çatdırılıb.

 

İslamazeri.com xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada bildirib.

"Kəsintisiz mikromobillik zolağının təşkil edilməsi üçün mərhələli qaydada velosiped yolları əlaqələndirilir. Mikromobillik infrastrukturu qurulmağa başlayandan bu günə kimi bu nəqliyyat növləri 4 milyon 500 min dəfədən çox sifariş olunub. Bu müddətdə mikromobillik vasitələri ilə 13 milyon kilometr məsafə qət edilib. Avtomobillərlə münaqişəli nöqtələrin aradan qaldırılması üçün təhlükəsizlik sədləri təşkil edilib. İşıqforlarda velosiped bölmələri quraşdırılıb. Bu istiqamətdə işlər davam etdirilir. Həmçinin paytaxtda skuterlər üçün 700, velosipedlər üçün isə 564 parklanma məntəqəsi təşkil edilib", - deyə o qeyd edib.

 

GÜNÜN MANŞETLERİ

Əraqçi: Vitkofla əlaqə saxlamamışam, yalandır...
REGİON / İRAN

Əraqçi: Vitkofla əlaqə saxlamamışam, yalandır...

3/17/2026 2:03:01 AM
 Amerikalı dəniz piyadalarını
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Amerikalı dəniz piyadalarını "ət maşını" gözləyir

3/17/2026 1:57:45 AM
İsrailin Qəzza qətliamı davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailin Qəzza qətliamı davam edir

3/16/2026 5:34:50 PM
İran raketləri Təl-Əvivi vurdu: 24 saat ərzində 142 nəfər yaralandı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran raketləri Təl-Əvivi vurdu: 24 saat ərzində 142 nəfər yaralandı

3/16/2026 4:16:22 PM