Bakıda Azərbaycan-İran Dövlət Komissiyasının 17-ci iclası keçirilir

Bakıda Azərbaycan-İran Dövlət Komissiyasının 17-ci iclası keçirilir
Yayınlanma tarixi: 2/23/2026 2:41:02 PM

Bakıda iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Azərbaycan-İran Dövlət Komissiyasının 17-ci iclası keçirilir.

"İslamazeri.com" xəbər verir ki, komissiyanın həmsədrləri Azərbaycan tərəfindən Baş nazirin müavini Şahin Mustafayevin və İran tərəfindən yol və şəhərsalma naziri Fərzanə Sadeqin sədrliyi ilə keçirilən iclasda hər iki ölkənin aidiyyəti qurumlarının səlahiyyətli nümayəndələri iştirak edirlər.

Komissiyanın iclasında iki ölkə arasında iqtisadiyyat, nəqliyyat, energetika sahələrində layihələrin icra vəziyyəti müzakirə olunacaq.

Xüsusilə Şimal-Cənub Nəqliyyat Dəhlizinin potensialının tam reallaşdırılması baxımından Rəşt-Astara dəmiryolu xəttinin tikintisi, eyni zamanda iki ölkə üçün prioritet hesab edilən "Xudafərin" və "Qız Qalası" SES-ləri, eləcə də "Ordubad"-"Marazad" SES-ləri layihələri çərçivəsində əməkdaşlıq məsələləri iclasın gündəliyini təşkil edəcək.

İclasda Ağbənd-Kəlalə körpüsünün tikintisinin tamamlanmasından sonra körpünün istismara verilməsi müddətinin də müzakirə ediləcəyi gözlənilir.

GÜNÜN MANŞETLERİ

Əraqçi Cenevrəyə yola düşdü
REGİON / İRAN

Əraqçi Cenevrəyə yola düşdü

2/25/2026 5:30:32 PM
Qazaxıstanda hərbi təyyarə qəzaya uğrayıb
DÜNYA / MARAQLI

Qazaxıstanda hərbi təyyarə qəzaya uğrayıb

2/25/2026 2:09:01 PM
İmam Əli (ə) və Fizika elmi
DİN

İmam Əli (ə) və Fizika elmi

2/25/2026 12:22:04 PM
İlham Əliyev Küveyt Əmirini təbrik edib
ÖLKƏ / SİYASƏT

İlham Əliyev Küveyt Əmirini təbrik edib

2/25/2026 11:12:45 AM
Mərifət duası
DİN

Mərifət duası

2/25/2026 10:58:59 AM