ABŞ Federal Məhkəməsindən orduda dini inanclara dair QƏRAR

ABŞ Federal Məhkəməsindən orduda dini inanclara dair QƏRAR
Yayınlanma tarixi: 12/27/2022 12:07:34 PM

Kolumbiya Apellyasiya Məhkəməsi ABŞ Dəniz Piyadaları Bölməsində saqqal saxlamağa və dini geyiminə icazə verilməyən 3 sikx əsgərinin şikayətini təmin edib.

İslamazeri.com xəbər verir ki, ABŞ Federal Məhkəməsi orduda xidmət edən sikx əsgərlərinin dini inanclarına görə saqqallarını və dini geyimlərini saxlaya bilmələrinə qərar verdi.

Kolumbiya Apellyasiya Məhkəməsi ABŞ Dəniz Piyadaları Bölməsində saqqal saxlamağa və dini geyiminə icazə verilməyən 3 sikx əsgərinin şikayətini təmin edib.

Məhkəmə sikx əsgərlərinin öz dini inanclarına sadiqliklərini ifadə etmək üçün saqqal uzada və dini geyim geyinə biləcəklərini qeyd edib və bunun onların vəzifələrini yerinə yetirmələrinə mane olmayacağını bildirib.

Qeyd edək ki, sözügedən üç sikx əsgəri ABŞ Ordusu Dəniz Piyadaları Bölməsinə qoşulmaq üçün imtahanlardan keçib, lakin əsas təlim düşərgəsindəki qaydalara uyğun olaraq onlardan saqqallarını kəsmələri və dini papaqlarını çıxartmaları istənilib. Buna görə məhkəməyə müraciət ediblər.

Hərbi məmurlar bu işdə dəniz piyadalarının komanda ruhunun və psixoloji transformasiyanın bir hissəsi kimi eyni təcrübələrə məruz qaldıqlarını və fərdiləşdirməni müdafiə etdiklərini bildiriblər.

GÜNÜN MANŞETLERİ

ABŞ-İsrail Həşdi-Şabini hədəfə aldı: Ölən və yaralananlar var
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

ABŞ-İsrail Həşdi-Şabini hədəfə aldı: Ölən və yaralananlar var

3/16/2026 1:30:03 PM
Livan İslam Müqavimətindən İsrailə ZƏRBƏ
DÜNYA / İSLAM DÜNYASI

Livan İslam Müqavimətindən İsrailə ZƏRBƏ

3/16/2026 1:20:01 PM
Namazların ümumi təqibatı
DİN

Namazların ümumi təqibatı

3/16/2026 12:43:38 PM
Sumqayıtda top mərmisi aşkar edilib
ÖLKƏ / HADİSƏ

Sumqayıtda top mərmisi aşkar edilib

3/16/2026 12:20:30 PM
Qəbul imtahanlarının tarixi açıqlanıb
ÖLKƏ / TƏHSİL

Qəbul imtahanlarının tarixi açıqlanıb

3/16/2026 11:37:55 AM