2025-ci ildə qeydə alınan cinayətlərin sayı açıqlanıb

2025-ci ildə qeydə alınan cinayətlərin sayı açıqlanıb
Yayınlanma tarixi: 1/28/2026 5:03:49 PM

Ötən il ölkə ərazisində 31 852 cinayət qeydə alınıb.

İslamazeri.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun 2025-ci ilin yekununa dair Kollegiya iclasında deyilib.

 

Bildirilib ki, onların 90,5 %-nin açılması təmin edilib, ümumilikdə ölkə üzrə cəmi 15766 cinayət işinin istintaqı tamamlanıb. Bunlardan 1063-ü prokurorluq orqanlarında istintaq edilib.

Bu müddət ərzində prokurorluq orqanları tərəfindən 700, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 11934 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilib. İbtidai istintaqı tamamlanmış cinayət işləri və bəraətverici əsaslar olmadan rədd edilmiş materiallar üzrə ümumilikdə 435 milyon 191 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 59,5 %-nin, yəni 259 milyon 95 min manat hissəsinin ödənilməsinə nail olunub.

GÜNÜN MANŞETLERİ

Netanyahunun yeni Qəzza planı: Türkiyə əsgərləri olmayacaq!
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Netanyahunun yeni Qəzza planı: Türkiyə əsgərləri olmayacaq!

1/28/2026 6:07:14 PM
Amerikalı konqresmenlər Gürcüstana gəlir
REGİON / GÜRCÜSTAN

Amerikalı konqresmenlər Gürcüstana gəlir

1/28/2026 5:33:21 PM
Ermənistan: Türkiyə ilə sərhədlər açılmalıdır
REGİON / ERMƏNİSTAN

Ermənistan: Türkiyə ilə sərhədlər açılmalıdır

1/28/2026 5:24:52 PM
Kumeyl duası
DİN

Kumeyl duası

1/28/2026 12:23:01 PM