Yəmən təhlükəsizlik orqanları İsrail kəşfiyyatının (MOSSAD, Şabak və Vahid 8200) ölkə daxilində apardığı casusluq və "tovlama" fəaliyyətlərinə dair geniş hesabat yayıb.
İslamazeri.com xəbər verir ki, Yəmənin "Əl MəsirəTV" tərəfindən yayımlanan məlumata görə, Yəmən təhlükəsizlik orqanları xalqın artan maarifləndirilməsi ilə dəstəklənən genişmiqyaslı kəşfiyyat əməliyyatlarını ifşa edib. Məlumata görə, xarici güclər, xüsusilə İsrailin "Mossad" və "Şabak" (daxili təhlükəsizlik xidməti) agentləri rəqəmsal platformalar vasitəsilə Yəmən cəmiyyətinə sızmağa çalışır.
Hesabatda düşmən qüvvələrin Yəmən xalqının milli və dini mövqeyini zəiflətmək üçün istifadə etdiyi müasir metodlar detallı şəkildə sadalanır.
İsrail Kəşfiyyatının əsas sızma və təsir metodları:
-
Maliyyə şirnikləndirməsi: İnternet oyunları və sponsorlu reklamlar vasitəsilə "asan qazanc" vədi verərək insanları rəsmi kəşfiyyat saytlarına yönləndirmək.
-
Saxta iş elanları: Xüsusi peşə saytlarında vakansiya adı altında CV-ləri toplamaq və "qəbul imtahanları" mərhələsində tədricən təhlükəsizlik məlumatları tələb etmək.
-
Mənəvi və psixoloji müharibə: Gəncləri "yumşaq müharibə" (soft war) üsulları ilə milli kimliklərindən uzaqlaşdırmaq və İsrailə qarşı olan nifrəti aradan qaldırmaq üçün sistemli təbliğat aparmaq.
-
Əxlaqi şantaj: Hədəfə alınan şəxsləri əxlaqi tələyə salaraq, foto və videoları ilə hədələmək (şantaj yolu ilə əməkdaşlığa məcbur etmək).
-
Birbaşa qorxutma: İsrail kəşfiyyat zabitlərinin vətəndaşlarla birbaşa əlaqə saxlayaraq, onların haqqında hər şeyi bildiklərini deyib qorxu psixologiyası yaratması.
-
"Yəmənli" cildinə girən casuslar: Yəmən ləhcəsində mükəmməl danışan və kəşfiyyat tərəfindən öyrədilmiş sosial media "bloqerləri" vasitəsilə dostluq qurmaq, sonra isə rəhbər şəxslərin ev koordinatlarını istəmək.
-
Məsum görünən anketlər: "Qazanc tətbiqləri" adı altında keçirilən sorğularla əhalinin gəliri, ərzaq təminatı və hərbi-strateji obyektlərin vəziyyəti barədə məlumat toplamaq.
-
"Fələstin dəstəkçisi" maskası: Sosial şəbəkələrdə özünü Fələstini və Yəməni dəstəkləyən aktivist kimi göstərən agentlərin səmimi münasibətlər quraraq sızma cəhdləri.
-
Beynəlxalq Təşkilat maskası: Beynəlxalq media və ya humanitar təşkilat adı altında xəstəxanalar, iqtisadi və hərbi binalar barədə gizli detalları toplamaq üçün müsahibələr təşkil etmək.
-
Süni intellektlə xəritələmə: Toplanan bütün kiçik dataları süni intellekt vasitəsilə analiz edərək ölkənin "insan və coğrafi xəritəsini" hədəf üçün hazırlamaq.
Real hekayə: "Sami" necə xilas oldu?
Yəmən mediasında Sami adlı gəncin başına gələnlər xüsusi vurğulanır. "Facebook" üzərindən bir araşdırma mərkəzi adından onunla əlaqə saxlayan şəxslər əvvəlcə gündəlik xidmətlər barədə suallar veriblər. Lakin tələblər dəqiqləşdikcə və hərbi əhəmiyyətli yerlər soruşulduqda, Sami şübhələnərək əməkdaşlığı dayandırıb. Qarşı tərəf onu şantaj etməyə çalışsa da, o, dərhal təhlükəsizlik orqanlarına müraciət edərək şəbəkənin ifşasına kömək edib.
Təhlükəsizlik qaynaqları vurğulayır ki, bu əməliyyatların arxasında İsrail hərbi kəşfiyyatının texnoloji qolu olan "Vahid 8200" (Unit 8200) dayanır. Bu bölmə süni intellekt və böyük məlumat bazalarından istifadə edərək Yəmənin "insan xəritəsini" çıxarmağa və daxili cəbhəni zəiflətməyə çalışır.
Təhlükəsizlik Orqanlarının müraciəti:
Yəmən təhlükəsizlik bölmələri bir neçə casus şəbəkəsinin artıq zərərsizləşdirildiyini və digərlərinin izlənildiyini bildirib. Vətəndaşlara çağırış edilərək bildirilib ki, "Sami" adlı gəncin nümunəsində olduğu kimi, hər hansı şübhəli əlaqə yaranarsa, qorxmadan dərhal rəsmi ormanlara məlumat verilməlidir. TV sonda yazır:
"Vətəndaşın ayıq-sayıqlığı düşmənin texnoloji üstünlüyünü sıfıra endirən ən böyük maneədir."