Türkiyənin İğdır şəhərində İrana və müqavimət cəbhəsinə, o cümlədən Livanın “Hizbullah” hərəkatına dəstək məqsədilə böyük avtomobil yürüşü keçirilib.
İslamazeri.com xəbər verir ki, yüzlərlə maşından ibarət avtokarvanın minlərlə iştirakçısı ABŞ və İsrailin İrana qarşı müharibəsinə, həmçinin son zamanlar İsrail tərəfindən Türkiyənin ünvanına səsləndirilən təhqir və təhdidlərə qarşı öz etirazlarını ifadə ediblər.