ABŞ-da kiçik təyyarə magistral yola çırpılıb: Ölən var

ABŞ-da kiçik təyyarə magistral yola çırpılıb: Ölən var
Yayınlanma tarixi: 6/17/2026 4:23:01 PM

ABŞ-da kiçik təyyarə magistral yola çırpılıb: Ən azı bir nəfər ölüb.

İslamazeri.com xəbər verir ki, ABŞ-ın Texas ştatında altı nəfəri daşıyan kiçik təyyarə magistral yola çırpılıb. İlkin məlumatlara görə, qəza nəticəsində ən azı bir nəfər ölüb.

Media mənbələrinə görə, kiçik təyyarə Texasın cənubundakı magistral yola çırpılıb.

Təyyarədə olan altı nəfərdən ən azı biri ölüb. Digər sərnişinlərin vəziyyəti ilə bağlı təfərrüatlar hələlik açıqlanmayıb.

Hakimiyyət orqanları hadisə yerində araşdırma başlatsa da, qəzanın səbəbi ilə bağlı rəsmi açıqlama verilməyib.

Qəzanın texniki nasazlıq, hava şəraiti və ya başqa bir səbəbdən baş verdiyini müəyyən etmək üçün araşdırma davam edir.

GÜNÜN MANŞETLERİ