İsrail mətbuatı: Vitkoff və Kuşner bizə xəyanət etdilər

İsrail mətbuatı: Vitkoff və Kuşner bizə xəyanət etdilər
Yayınlanma tarixi: 6/15/2026 10:18:01 AM

İsrail mətbuatı: Vitkoff və Kuşner bizə xəyanət etdilər.

İslamazeri.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bildirib ki, "İran nüvə silahına sahib olsaydı, İsrail iki saat davam gətirməzdi".

Tramp həmçinin İsrailin Baş naziri Binyamin Netanyahunun "çox çətin insan" olduğunu bildirib və əlavə edib ki, Netanyahu ABŞ-ın etdiklərinə görə "çox minnətdar olmalıdır".

Buna cavab olaraq İsrail mediası Trampın bu prosesdə "uduzan tərəf kimi ortaya çıxdığını" bildirib.

İsrail mətbuatı bildirib ki, Stiv Vitkoff və Cared Kuşneri Qətərin təzyiqi və ABŞ-ın vitse-prezidenti JD Vensin dəstəyi ilə "İsraildəki qardaşlarına xəyanət ediblər".

Həmçinin qeyd edilib ki, Körfəz ölkələri "sabitliyi bərpa etmək üçün iranlıları həvəsləndirib və könüllü olaraq onlara milyardlarla dollar ödəyiblər".

İsrailin I24 News kanalının məlumatına görə, hökumətdəki bəzi nazirlər Trampın İran cəbhəsini Livan cəbhəsindən ayırmaq cəhdində "uğursuzluğa düçar olduğunu" bildiriblər.

Nazirlər həmçinin Livan və İran cəbhələri arasında birbaşa əlaqənin qəbul edilməli olduğunu bildiriblər.

Qeyd edək ki, Tramp daha əvvəl İran İslam Respublikası ilə müqavilənin başa çatdığını Truth Social platforması vasitəsilə elan etmiş və "Hər kəsi təbrik edirəm" demişdi.

GÜNÜN MANŞETLERİ

İsrailin müharibə naziri: Livandan geri çəkilməyəcəyik
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailin müharibə naziri: Livandan geri çəkilməyəcəyik

6/15/2026 2:18:45 PM
Bakının 6 rayonunda avtomobil yolları təmir ediləcək
ÖLKƏ / MÜXTƏLİF

Bakının 6 rayonunda avtomobil yolları təmir ediləcək

6/15/2026 1:31:55 PM
Sabahın hava proqnozu açıqlanıb
ÖLKƏ / MÜXTƏLİF

Sabahın hava proqnozu açıqlanıb

6/15/2026 12:55:37 PM