İsrail mətbuatı: İran müharibənin ən böyük qalibidir.
İslamazeri.com xəbər verir ki, İvrit dilində nəşr olunan "Maariv" qəzeti İran və ABŞ arasında əldə edilən razılaşmanın Tehranı müharibənin mübahisəsiz qalibi etdiyini yazıb.
"Maariv" qəzeti bildirib ki, Vaşinqton və Tehran arasında əldə edilən razılaşma İranı müharibənin "mübahisəsiz ən böyük qalibi" kimi göstərir. Qəzet isə əksinə, ABŞ və İsrailin prosesdən məğlub kimi çıxdığını iddia edib.
Məqalədə həmçinin İran rəsmilərinin Baş nazir Benyamin Netanyahu da daxil olmaqla, İsrail kabinetinin bir çox üzvündən daha strateji davrandığı irəli sürülüb.
Bu arada, İsrailin aparıcı qəzetlərindən biri olan "Yedioth Ahronoth" yüksək vəzifəli İsrail rəsmisinə istinadən İran və ABŞ arasındakı razılaşma ilə bağlı narahatlıqlarını dilə gətirib.
Rəsmi həmçinin iddia edib ki, İsrail danışıqlar prosesinə təsir göstərə bilmir və Tramp administrasiyası onları məyus edib. İsrail rəsmisi bildirib ki, İran razılaşma sayəsində məqsədlərinin əhəmiyyətli bir hissəsinə nail olub.