Livan Səhiyyə Nazirliyi 2 martdan bəri İsrail rejiminin həyata keçirdiyi hücumlarda şəhid və yaralıların sayı ilə bağlı son məlumatları paylaşıb.
İslamazeri.com xəbər verir ki, İsrailin 2 martdan bəri Livana hücumları nəticəsində ölənlərin sayı 3711 nəfərə çatıb.
Məlumata görə, bu dövrdə İsrail hücumlarında şəhid olanların sayı son 24 saat ərzində 15 nəfər artaraq 3711 nəfərə çatıb, 11483 nəfər isə yaralanıb.
Qeyd edək ki, Livan Səhiyyə Nazirliyi dünən verdiyi açıqlamada 2 martdan bəri İsrailin Livana hücumlarında 3696 nəfərin həyatını itirdiyini bildirmişdi.