Vens: Netanyahu davamlı səhvlər edir

Vens: Netanyahu davamlı səhvlər edir
Yayınlanma tarixi: 6/11/2026 1:26:15 PM

Vens: Netanyahu səhv edib

İslamazeri.com xəbər verir ki, ABŞ vitse-prezidenti J.D. Vens CBS News-a verdiyi müsahibədə İsrail Baş naziri Binyamin Netanyahu ilə fikir ayrılıqlarından danışıb.

Vens Netanyahunun "bəzi sahələrdə, o cümlədən regionda apardığı müharibəyə yanaşmasında və İrana qarşı mövqeyində, eləcə də Vaşinqtonla münasibətlərdəki davranışında səhvlərə yol verdiyini etiraf edib.

İsrail ilə münasibətləri qiymətləndirən Vens bildirib ki, "Bəzən maraqlarımız tamamilə üst-üstə düşür, bəzən isə toqquşur".

Fikir ayrılığı hallarına toxunan Vens deyib: "Bu o deməkdir ki, bəzən biz eyni fikirdəyik, bəzən isə yox".

Vens İsrail xalqını bir çox cəhətdən "böyük tərəfdaşlar" kimi təsvir edərkən vurğulayıb ki, fikir ayrılıqları yarandıqda Amerika administrasiyası öz maraqlarına diqqət yetirməlidir.

Vens bildirib ki, "Fərqlər yarandıqda, Amerika üçün ən yaxşı olana diqqət yetirməli və Amerika xalqının yanında olmalıyıq".

GÜNÜN MANŞETLERİ

Bu gün Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərilib
ÖLKƏ / MÜNASİBƏT

Bu gün Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərilib

6/11/2026 5:25:22 PM
Hizbullah CNN-in iddialarını rədd edib
DÜNYA / İSLAM DÜNYASI

Hizbullah CNN-in iddialarını rədd edib

6/11/2026 4:00:47 PM
Vens: Netanyahu davamlı səhvlər edir
DÜNYA / MARAQLI

Vens: Netanyahu davamlı səhvlər edir

6/11/2026 1:26:15 PM