İran ABŞ döyüş təyyarələrinin yerləşdiyi hərbi bazaya zərbə endirib

İran ABŞ döyüş təyyarələrinin yerləşdiyi hərbi bazaya zərbə endirib
Yayınlanma tarixi: 6/11/2026 12:22:17 PM

ABŞ-ın F-16, F-15 və F-35 qırıcı təyyarələrinin yerləşdiyi hərbi bazaya zərbə endirildiyi bildirilir.

İslamazeri.com xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) İctimaiyyətlə Əlaqələr Bölməsinin yazılı açıqlamasında ABŞ-ın F-16, F-15 və F-35 qırıcı təyyarələrinin yerləşdiyi hərbi bazaya zərbə endirildiyi bildirilir.

Bəyanatda əməliyyatın ABŞ-ın Kərəc, Nəzərabad və Pişvaya hücumlarına cavab olaraq həyata keçirildiyi qeyd edilərək əlavə edilib: “Bu səhər İİKK Aerokosmik Qüvvələri 12 ballistik raketdən istifadə edərək ABŞ-ın F-16, F-15 və F-35 qırıcı təyyarələrinin yerləşdiyi bazanı, eləcə də Əl-Əzraq Hava Bazasındakı və terrorçu Amerika ordusunun idarəetmə mərkəzindəki əsas obyektləri hədəfə alıb. Əməliyyat obyektləri və çoxsaylı qırıcı təyyarələri məhv edib.”

Bəyanatda düşmənin zərərli hərəkətləri davam etdiyi müddətcə İran qüvvələrinin əməliyyatlarını davam etdirəcəyi vurğulanıb.

GÜNÜN MANŞETLERİ

Bu gün Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərilib
ÖLKƏ / MÜNASİBƏT

Bu gün Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərilib

6/11/2026 5:25:22 PM
Hizbullah CNN-in iddialarını rədd edib
DÜNYA / İSLAM DÜNYASI

Hizbullah CNN-in iddialarını rədd edib

6/11/2026 4:00:47 PM
Vens: Netanyahu davamlı səhvlər edir
DÜNYA / MARAQLI

Vens: Netanyahu davamlı səhvlər edir

6/11/2026 1:26:15 PM