Pezeşkiandan Trampa: İnfrastruktura hücum etmək çarəsizlik əlamətidir

Pezeşkiandan Trampa: İnfrastruktura hücum etmək çarəsizlik əlamətidir
Yayınlanma tarixi: 6/11/2026 10:22:50 AM

Pezeşkiandan Trampa: İnfrastruktura hücum etmək çarəsizlik əlamətidir

İslamazeri.com xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian ABŞ Prezidenti Donald Trampın İranın həyati əhəmiyyətli infrastrukturunu hədəf almaq təhdidinə qarşı sərt bir bəyanat verib.

Prezident Pezeşkian sosial media paylaşımında enerji və nəqliyyat kimi həyati əhəmiyyətli infrastrukturun bir millətin can damarı olduğunu xatırladıb. O, bu strukturları hədəf almağın mülki şəxslərə və ictimai asayişə hücum olduğunu və bu strategiyanın beynəlxalq hüquqa görə qəbuledilməz olduğunu bildirib.

Pezeşkian deyib: "Nəqliyyat şəbəkələrindən elektrik və su sənayesinə qədər hər şeyi hədəf almaq təhdidi güc nümayişi deyil, bir millətə qarşı çarəsizlik nümayişidir."

Pezeşkian daha sonra əlavə edib: "İran, öz mütəxəssislərinin bilik və imkanlarına, milli birliyə və həmrəyliyə əsaslanaraq, hər cür təzyiq və təhdidlərə qarşı möhkəm dayanacaq."

GÜNÜN MANŞETLERİ

Bu gün Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərilib
ÖLKƏ / MÜNASİBƏT

Bu gün Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərilib

6/11/2026 5:25:22 PM
Hizbullah CNN-in iddialarını rədd edib
DÜNYA / İSLAM DÜNYASI

Hizbullah CNN-in iddialarını rədd edib

6/11/2026 4:00:47 PM
Vens: Netanyahu davamlı səhvlər edir
DÜNYA / MARAQLI

Vens: Netanyahu davamlı səhvlər edir

6/11/2026 1:26:15 PM