17 ölkədən Livanla bağlı birgə bəyanat
İslamazeri.com xəbər verir ki, İsrail və Livan arasında artan gərginliklə bağlı on yeddi ölkə birgə bəyanat yayıb.
Bəyanatda İsrailin Livana qarşı intensiv hücumları pislənir və Livanın Yaxın Şərqdəki gərginliyin azaldılması prosesinə daxil edilməsinə çağırış edilir.
Sənəd Avstraliya, Belçika, Xorvatiya, Kipr, Danimarka, Finlandiya, Fransa, Yunanıstan, İslandiya, Lüksemburq, Malta, Norveç, Portuqaliya, Sloveniya, İspaniya, İsveç və Birləşmiş Krallığın xarici işlər nazirləri tərəfindən imzalanıb.
Böyük Britaniya Xarici İşlər Nazirliyi tərəfindən yayımlanan bəyanatda aşağıdakılar yer alıb:
“Biz Livanın regional gərginliyin azaldılması səylərinə daxil edilməsini tələb edirik və bütün tərəfləri davamlı siyasi həll yolu tapmağa çağırırıq. Biz Hizbullahın İsrailə qarşı hücumlarını qətiyyətlə pisləyirik və bu hücumlar dərhal dayandırılmalıdır. Biz həmçinin İsrailin Livana qarşı intensiv hücumlarını qətiyyətlə pisləyirik.”
Bəyanatda həmçinin ölkələrin Livanın ərazi bütövlüyünün qorunmasına dəstəyi bir daha vurğulanıb.