Vilayəti sosial mediada paylaşdığı paylaşımda Trampın təhdidlərinə cavab verib.
İslamazeri.com xəbər verir ki, İranın Məsləhət Şurasının üzvü Əli Əkbər Vilayəti ABŞ prezidenti Donald Trampın təhdidlərinə cavab verib.
Vilayətinin paylaşımında deyilir: “Trampın Hollivud üslubunda davranışı və təlxəkliyi geosiyasətin qəddar reallığını gizlədə bilməz.
ABŞ qoşunlarının Almaniyadan çıxarılması, NATO-nun zəifləməsi və ABŞ hərbi gəmilərində təkrarlanan texniki nasazlıqlar Ağ Evin illüziyaları ilə yerdəki reallıq arasında bir əlaqənin olmadığını göstərir.
Dünyanın ərzaq təhlükəsizliyi və kimyəvi gübrə təchizatı zənciri İranın Hörmüz boğazındakı tədbirlərindən asılı olsa da, Trampın İrana qarşı aclıq təhdidi onun siyasi iqtisadiyyatdan xəbərsiz olduğunu göstərir.
Cənab Tramp! Beynəlxalq siyasət Cek Sərçə (Karib dənizinin quldurları) filminin səhnəsi deyil. Həyati əhəmiyyətli damarlarla oynayan hər kəs özünü çıxılmaz vəziyyətdə tapacaq.”