Tehrandan Körfəz liderlərinə xəbərdarlıq: Saraylarınızla birlikdə hədəfə alacağıq

Tehrandan Körfəz liderlərinə xəbərdarlıq: Saraylarınızla birlikdə hədəfə alacağıq
Yayınlanma tarixi: 5/3/2026 2:06:23 PM

Tehrandan Körfəz liderlərinə xəbərdarlıq: Saraylarınızla birlikdə hədəfə alacağıq

İslamazeri.com xəbər verir ki, İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sədr müavini Mahmud Nəbəviyan Körfəz ölkələrinə sərt bir xəbərdarlıq edib.

Nəbəviyan vurğulayıb ki, ABŞ hərbi bazalarına ev sahibliyi edən Bəhreyn, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələr, bu obyektlərdən İran rəsmilərinə qarşı potensial hücumlar üçün istifadə edilərsə, "ciddi nəticələrlə" üzləşəcəklər.

O, hədəflərin bu ölkələrdəki "liderlər və saraylar" olacağını bildirib və əlavə edib ki, belə bir ssenari regionda gərginliyi daha da artıracaq.

Ekspertlərin fikrincə, bölgədəki kövrək atəşkəsə baxmayaraq, gərginlik yüksək olaraq qalır.

Nəbəviyan həmçinin bəzi ərəb ölkələrinin hərbi əməliyyatlara lojistik və ya dolayı dəstək verdiyini və altı Körfəz dövlətindən kompensasiya tələb etdiyini bildirib.

GÜNÜN MANŞETLERİ