Pezeşkian: ABŞ-ın "blokada" adı altında etdikləri müharibənin davamıdır

Pezeşkian: ABŞ-ın
Yayınlanma tarixi: 5/2/2026 12:36:34 PM

Pezeşkian: ABŞ-ın "blokada" adı altında etdikləri müharibənin davamıdır.

ABŞ-ın Hörmüz boğazında “dəniz blokadası” adı altında etdikləri İslam Respublikasına qarşı müharibənin davamıdır.

İslamazeri.com xəbər verir ki, bu barədə İran prezidenti Məsud Pezeşkian bəyan edib.

O qeyd edib ki, ABŞ-ın hərəkətləri ədalətsizlikdir və bu cür ədalətsiz yanaşmanın davamı qəbuledilməzdir.

Pezeşkian həmçinin vurğulayıb ki, İrana qarşı edilənlərin fonunda, bütün dünya İslam Respublikasının dözümlülük və sülhməramlılığının şahidi olub.

Xatırladaq ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı müharibə başladıb. 8 apreldə atəşkəs əldə edilsə də, ABŞ Fars körfəzində blokada tətbiq etməyə çalışır.

GÜNÜN MANŞETLERİ