Suriya: Dünyada müharibələr dayansa, Qərbin hegemon sistemi çökər

Suriya: Dünyada müharibələr dayansa, Qərbin hegemon sistemi çökər
Yayınlanma tarixi: 11/25/2022 12:08:39 PM

Belarusun baş nazirini qəbul edən Suriya prezidenti Bəşər Əsəd bildirib ki, qərblilər müharibəni qızışdıran siyasətlə həyatlarını davam etdirirlər.

İslamazeri.com xəbər verir ki, Belarusun baş naziri Roman Qlavçenko dünən günortadan sonra Suriya prezidenti Bəşər Əsədlə görüşüb və ölkə prezidentinin mesajını Əsədə çatdırıb.

Görüş zamanı Suriya prezidenti Əsəd deyib:

"Belarus Avropanın mərkəzində strateji yerləşməsinə, qərarların qəbul edilməsində və siyasətdə müstəqilliyinə görə hədəfə alınıb. 

Qərb həyatda qalmaq üçün müharibə siyasətini mənimsəyib. Çünki bu müharibələr dayansa, Qərbin hegemon sistemi çökəcək".

Əsəd qərblilərin Suriya, Rusiya və Belarus kimi ölkələrdə apardıqları müharibə siyasəti ilə məqsədlərinə çata bilmədiklərini və buna görə də iqtisadi müharibəyə üz tutduqlarını bildirib.

Belarusun baş naziri bu günlərdə Qərbdən müstəqil yeni koalisiyaların yaradıldığını da bildirib və qeyd edib ki, Qərbin son iki ildə həyata keçirdiyi hücumlar bu ölkənin həyat şəraitini daha da pisləşdirmək və iqtisadi vəziyyətini dayandırmaqdır.

GÜNÜN MANŞETLERİ

İran raketləri Təl-Əvivi vurdu: 24 saat ərzində 142 nəfər yaralandı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran raketləri Təl-Əvivi vurdu: 24 saat ərzində 142 nəfər yaralandı

3/16/2026 4:16:22 PM
Azərbaycanda pensiya alanların sayı açıqlanıb
ÖLKƏ / MÜXTƏLİF

Azərbaycanda pensiya alanların sayı açıqlanıb

3/16/2026 3:12:05 PM
Sabah hava necə olacaq? - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Sabah hava necə olacaq? - PROQNOZ

3/16/2026 2:10:01 PM
ABŞ-İsrail Həşdi-Şabini hədəfə aldı: Ölən və yaralananlar var
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

ABŞ-İsrail Həşdi-Şabini hədəfə aldı: Ölən və yaralananlar var

3/16/2026 1:30:03 PM
Livan İslam Müqavimətindən İsrailə ZƏRBƏ
DÜNYA / İSLAM DÜNYASI

Livan İslam Müqavimətindən İsrailə ZƏRBƏ

3/16/2026 1:20:01 PM