Rus sülhməramlılarının nəzarəti altında olan ərazilərdəki vəziyyət təhlil edilib

Rus sülhməramlılarının nəzarəti altında olan ərazilərdəki vəziyyət təhlil edilib
Yayınlanma tarixi: 12/27/2021 5:33:51 PM

Müdafiə naziri Zakir Həsənov xüsusilə qarşıdan gələn bayram günlərində ayıq-sayıqlığın artırılmasını əmr edib.

Dekabrın 27-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində keçirilən xidməti müşavirədə dövlət sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə mövcud vəziyyət təhlil edilib.

Bu barədə İslamazeri.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Nazir xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsini, xüsusilə qarşıdan gələn bayram günlərində ayıq-sayıqlığın artırılmasını əmr edib.

GÜNÜN MANŞETLERİ