İranlı general: Hörmüz boğazının təhlükəsizliyi bizim qırmızı xəttimizdir!

İranlı general: Hörmüz boğazının təhlükəsizliyi bizim qırmızı xəttimizdir!
Yayınlanma tarixi: 5/5/2026 12:45:07 PM

İranlı general Hörmüz boğazının təhlükəsizliyinin İran üçün qırmızı xətt olduğunu bildirib.

İslamazeri.com xəbər verir ki, İran Ordusunun Baş Qərargah rəisi general-mayor Əmir Hatəmi Hörmüz boğazının təhlükəsizliyinin İran üçün qırmızı xətt olduğunu vurğulayıb.

General-mayor Hatəmi sosial media paylaşımında bildirib ki, “Amerika esminesləri radarları söndürülmüş halda Hörmüz boğazına yaxınlaşmağı düşünürdülər; biz atəşlə cavab verdik. Kruiz raketləri və PUA-lar yerləşdirildi”.

İran Ordusunun İctimaiyyətlə Əlaqələr Bölməsi ABŞ gəmilərinin Hörmüz boğazından keçməsinin qarşısının alındığını açıqlayıb.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ bayrağı altında üzən iki gəminin Hörmüzdən keçdiyini iddia edib.

Lakin İnqilab Keşikçiləri Korpusu Vaşinqtonun ABŞ bayrağı altında üzən iki gəminin Hörmüz boğazından keçdiyi iddiasını təkzib edib.

GÜNÜN MANŞETLERİ