İspaniya: İrana qarşı heç bir hərbi müdaxilədə iştirak etməyəcəyik.
İslamazeri.com xəbər verir ki, İspaniya xarici işlər naziri Xose Manuel Albares Hörmüz boğazı böhranının hərbi yolla deyil, diplomatik yolla həll edilməli olduğunu və İspaniyanın İrana qarşı heç bir hərbi müdaxilədə iştirak etməyəcəyini bildirib.
Albares bildirib ki, İspaniya hökuməti və Vatikanın problemlərin müharibəyə əl atmadan həll edilməli olduğu fikrini bölüşürlər. O, həmçinin regiondakı xristianların vəziyyətini və İsrailin Müqəddəs Qəbir Kilsəsinə keşişin girişinə mane olmasını Papa ilə müzakirə etdiyini bildirib.
Albares Hörmüz boğazında normal vəziyyətin müharibə yolu ilə deyil, danışıqlar yolu ilə mümkün olduğunu qeyd edib və İspaniyanın İrana qarşı hər hansı bir hərbi əməliyyatda iştirak etməkdən imtina etdiyini təkrarlayıb.
Nazir həmçinin Pakistanla danışıqlara qayıtmağı dəstəklədiklərini və son iki gündə İran xarici işlər nazirinə bu məqamı xatırlatdığını bildirib.
Sonda, Albares Hörmüz boğazına diqqət yetirməyin Livana qarşı qanunsuz hücumları unutmaq demək olmadığını bildirib.