Rəcəb ayı boyunca İmam Zamanın (ə.f) gündəlik oxuduğu dua

Rəcəb ayı boyunca İmam Zamanın (ə.f) gündəlik oxuduğu dua
Yayınlanma tarixi: 12/23/2025 11:35:10 AM

Rəcəb ayı ərzində İmam Zaman (ə.f)-ın gündəlik oxuduğu dua

İslamazeri.com: Rəcəbiyyə duası

Rəcəb ayı ərzində İmam Zaman (ə.f)-ın gündəlik oxuduğu dua

İlahi, rəcəb ayı ərzində dünyaya gəlmiş imamların, o mövludların hörməti xatirinə dərgahına gəlib, Səndən istəklərimi diləyirəm. Onların vasitəsi ilə Sənə çox yaxın olmaq istəyirəm.
Ey hər kəsin meyl göstərdiyi və xeyirlərini tələb etdiyi Allah! Öz günahlarının içərisində qərq olmuş, öz xətaları ilə zəncirə çəkilmiş və bəlalar üzündən günahlarını uzatmış bir şəxs kimi, qapına gəlib Səndən hacətlərimi istəyirəm. Sənə doğru qayıtmaq və tövbə etmək istəyirəm. Boynumda olan günahlarımın bağışlanmasını və Cəhənnəm odundan canımın qurtarmasını istəyirəm. Ey Mövlam! Mənim ən böyük arzum və ən böyük dayağım yanlız Sənsən.
İlahi, Səndən istənilən ən şərafətli istəklərin və ən üstün səbəbkarların hörməti xatirinə, mərhəmətini daha da genişləndirdiyin bu ayda mənim bu halıma da öz lütfünü və mərhəmətini şamil et. Məni həm bu dünyada verdiyin ruzilərlə, həm də qəbr evinə daxil olub, Səndən doğru son mənzilə getməklə qane et.

Mənbə: Səhifeyi-Mehdiyyə (İmam Zamandan (ə.f) nəql olunmuş dualar)

GÜNÜN MANŞETLERİ

Bu gün Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərilib
ÖLKƏ / MÜNASİBƏT

Bu gün Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərilib

6/11/2026 5:25:22 PM
Hizbullah CNN-in iddialarını rədd edib
DÜNYA / İSLAM DÜNYASI

Hizbullah CNN-in iddialarını rədd edib

6/11/2026 4:00:47 PM
Vens: Netanyahu davamlı səhvlər edir
DÜNYA / MARAQLI

Vens: Netanyahu davamlı səhvlər edir

6/11/2026 1:26:15 PM