Əraqçinin İslamabad, Maskat və Moskvaya səfərinin təfərrüatları

 Əraqçinin İslamabad, Maskat və Moskvaya səfərinin təfərrüatları
Yayınlanma tarixi: 4/24/2026 9:13:30 PM

İranın xarici işlər nazirinin İslamabad, Maskat və Moskvaya səfərinin təfərrüatları açıqlanıb.

İslamazeri.com xəbər verir ki, bu barədə "Təsnim" xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, İranın xarici işlər naziri Seyid Abbas Əraqçi İslamabada səfəri zamanı rəsmi Tehranın "təhmil olunmuş müharibə"nin sona çatması ilə bağlı mülahizələrini çatdıracaq.

Nazirin rəhbərlik etdiyi diplomatik heyət regional səfər çərçivəsində Pakistan, Oman və Rusiyaya yola düşəcək. Səfərlərin məqsədi ikitərəfli mövzularda tərəfdaşlarla sıx koordinasiya və regional proseslərlə bağlı məsləhətləşmələr aparmaqdır.

Bildirilir ki, Maskatda regional mövzular və münaqişə ilə bağlı, Rusiyada isə ikitərəfli, regional və beynəlxalq proseslərlə bağlı müzakirələr aparılacaq.

GÜNÜN MANŞETLERİ