Qüdsdə iki ardıcıl partlayış baş verib

Qüdsdə iki ardıcıl partlayış baş verib
Yayınlanma tarixi: 11/23/2022 10:56:59 AM

İsrail mediası Qüdsün girişində ardıcıl iki partlayış nəticəsində ən azı 12 nəfərin yaralandığını açıqlayıb.

İslamazeri.com xəbər verir ki, İsrail mediasının məlumatına görə, Qüdsün girişindəki avtobus dayanacağı yaxınlığında ard-arda iki partlayış baş verib.

Partlayış nəticəsində ən azı 12 nəfərin yaralandığı, 5-nin vəziyyətinin ağır olduğu öyrənilib.

Partlayışa hadisə yerinə yerləşdirilən partlayıcının səbəb olduğu açıqlanıb.

GÜNÜN MANŞETLERİ