Pezeşkian və Əliyev arasında telefon danışığı

Pezeşkian və Əliyev arasında telefon danışığı
Yayınlanma tarixi: 3/9/2026 1:10:00 AM

Məsud Pezeşkian İlham Əliyevə zəng edib

İslamazeri.com xəbər verir ki, martın 8-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Prezident Məsud Pezeşkian İlham Əliyevib İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir çox mülki şəxsin həlak olması ilə əlaqədar İranın Azərbaycandakı səfirliyinə gələrək başsağlığı verməsinə, həmçinin İrana humanitar yardımla bağlı niyyətinə görə minnətdarlığını bildirib.

Məsud Pezeşkian Naxçıvanın havadan atəşə tutulması ilə bağlı insidentin İranla əlaqəsi olmadığını deyərək, hadisənin araşdırılacağını vurğulayıb.

Prezident İlham Əliyev İranda baş vermiş son hadisələrdə çox sayda mülki şəxslərin həlak olması ilə bağlı bir daha başsağlığını çatdırıb.

İlham Əliyev Naxçıvanda baş vermiş hadisənin araşdırılmasının vacibliyini vurğulayıb.

GÜNÜN MANŞETLERİ