Parlamentdə pensiya amnistiyasına dair qanun layihəsi müzakirəyə çıxarılacaq

Parlamentdə pensiya amnistiyasına dair qanun layihəsi müzakirəyə çıxarılacaq
Yayınlanma tarixi: 12/27/2022 10:00:19 AM

Bununla bağlı parlamentin bu gün keçirilən iclasının gündəliyinə dəyişiklik edilib.

Milli Məclisin bu gün keçirilən iclasında pensiya amnistiyasını nəzərdə tutan qanun layihəsi müzakirəyə çıxarılacaq.

İslamazeri.com xəbər verir ki, bununla bağlı parlamentin bu gün keçirilən iclasının gündəliyinə dəyişiklik edilib.

Gündəliyə “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsi daxil edilib.

Qeyd edək ki, qanun layihəsinə dəyişikliklər artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulmasında müddətli amnistiyanın tətbiqini nəzərdə tutur. Qaydalara əsasən, bu məbləğ əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Mövcud qanunvericiliyə əsasən, bu zaman müddət müəyyənləşdirilmədən artıq məbləğin geri ödənilməsi həyata keçirilirdi. Amma yeni dəyişikliklərə əsasən, yalnız son 3 il üçün ödənilmiş artıq məbləğ geri tutulacaq.

GÜNÜN MANŞETLERİ

Sabah hava necə olacaq?
ÖLKƏ / MÜXTƏLİF

Sabah hava necə olacaq?

4/2/2026 1:30:01 PM
İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib
ÖLKƏ / SİYASƏT

İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib

4/2/2026 12:24:24 PM
İran ABŞ-ın Hərir hava bazasını məhv edib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran ABŞ-ın Hərir hava bazasını məhv edib

4/2/2026 12:21:15 PM