Sumqayıtda 30 min abonentin qazı kəsiləcək

Sumqayıtda 30 min abonentin qazı kəsiləcək
Yayınlanma tarixi: 3/31/2026 10:47:02 AM

Sumqayıtda 30 min abonentin qazı kəsiləcək.

Sumqayıtda 30 min abonentin qazı müvəqqəti dayandırılacaq.

İslamazeri.com xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Belə ki, qaz tənzimləyicisinin təmiri ilə əlaqədar olaraq Sumqayıt şəhərinin 1, 2, 3, 4, 5, 7, 8, 12, 19, 21, 29, 30, 34, 36 və 45-ci məhəllələri, həmçinin, 1, 2, 5 və 6-cı mikrorayonları üzrə abonentlərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Məlumata görə, təxminən, 30 min abonentə qazın verilişi saat 11:00-dan etibarən müvəqqəti olaraq dayandırılacaq.

Təmir-bərpa işləri başa çatdıqdan sonra qazın verilişi mərhələli şəkildə bərpa olunacaq.

GÜNÜN MANŞETLERİ