Yəmən İsrailə qarşı üçüncü hərbi əməliyyatının başladığını elan etdi.
İslamazeri.com xəbər verir ki, Yəmən Silahlı Qüvvələri regional müqavimət cəbhələrini dəstəkləmək əməliyyatları çərçivəsində İsrail tərəfindən işğal edilmiş əraziləri hədəf alan üçüncü hərbi əməliyyatının başladığını elan etdi.
Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri bildirib ki, Yəmən Silahlı Qüvvələri "Müqəddəs Cihad Müharibəsi" çərçivəsində "üçüncü hərbi əməliyyatını" həyata keçirərək işğal olunmuş Fələstinin cənubundakı "dəqiq hədəflərə" ballistik raketlərdən atəş açıblar.
Bəyanatda əməliyyatın "müqavimət cəbhələrini dəstəkləmək və gücləndirmək" çərçivəsində və İran, İraq, Livan və Fələstindəki müttəfiq qüvvələrə qarşı "dini, əxlaqi və humanitar vəzifə" kimi həyata keçirildiyi bildirilir.
Bəyanata görə, əməliyyat İran və Hizbullahla koordinasiyalı şəkildə həyata keçirilib və "məqsədlərinə uğurla çatıb".