Ötən il Azərbaycan-İran ticarət dövriyyəsi

Ötən il Azərbaycan-İran ticarət dövriyyəsi
Yayınlanma tarixi: 2/3/2026 12:40:01 PM

İranla aparılan ticarət əməliyyatları Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 1,3 faizini təşkil edib

İslamazeri.com xəbər verir ki, 2025-ci ildə Azərbaycan ilə İran İslam Respublikası arasında ticarət dövriyyəsi 644,1 milyon ABŞ dolları səviyyəsində olub.

Gömrük Komitəsi tərəfindən verilən rəsmi statistikaya əsasən, bu göstərici əvvəlki illə müqayisədə 3 milyon dollar və ya 0,5 faiz azalma deməkdir.

Hesabat dövründə İranla aparılan ticarət əməliyyatları Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 1,3 faizini təşkil edib.

İlin yekunlarına görə, Azərbaycandan İrana ixrac olunan məhsulların dəyəri 20 milyon ABŞ dollarına çatıb. Bu göstərici 2024-cü illə müqayisədə 6 milyon dollar və ya 42,9 faiz artım göstərib. Eyni zamanda, İrandan Azərbaycana idxal edilən məhsulların həcmi 624,1 milyon ABŞ dolları olub ki, bu da əvvəlki illə müqayisədə 9 milyon dollar və ya 1,4 faiz azalma ilə müşayiət olunub.

GÜNÜN MANŞETLERİ

İran İsraillə əlaqəli daha bir yük gəmisini məhv edib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran İsraillə əlaqəli daha bir yük gəmisini məhv edib

4/6/2026 5:30:01 PM
Qəribabadidən Trampın təhdidlərinə CAVAB
REGİON / İRAN

Qəribabadidən Trampın təhdidlərinə CAVAB

4/6/2026 2:14:10 PM
İlham Əliyev və İrakli Kobaxidze arasında görüş
REGİON / GÜRCÜSTAN

İlham Əliyev və İrakli Kobaxidze arasında görüş

4/6/2026 2:08:43 PM