Netanyahu: Mülki vətəndaşların silahlanmasını asanlaşdıracağıq

Netanyahu: Mülki vətəndaşların silahlanmasını asanlaşdıracağıq
Yayınlanma tarixi: 1/30/2023 11:08:16 AM

"Biz təcili xidmət təminatçıları da daxil olmaqla minlərlə İsrail vətəndaşına silah lisenziyasının verilməsini təmin edəcəyik və sürətləndirəcəyik"

İşğalçı sionist İsrail rejiminin baş naziri Binyamin Netanyahu Şərqi Qüdsün Neve Yaakov məhəlləsində baş verən və 8 nəfərin həyatını itirdiyi hücumdan sonra keçirilən ilk Nazirlər Kabinetinin iclasında, minlərlə israillinin silahlandırılmasını asanlaşdırmaq üçün bəzi addımlar atacaqlarını bildirib. 

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, İsrail hökumətinin mətbuat xidmətinin məlumatında bildirilib:

"Biz təcili xidmət təminatçıları da daxil olmaqla minlərlə İsrail vətəndaşına silah lisenziyasının verilməsini təmin edəcəyik və sürətləndirəcəyik.

İsraildə könüllü sağlamlıq xidmətləri göstərən ZAKA-nın 3 min mobil könüllüsünün olduğunu qeyd edən Netanyahu onların silahlana biləcəyinə diqqət çəkib.

Netanyahu həmçinin bildirib ki, İordan çayının qərb sahilində yəhudi məskənlərini “gücləndirmək” üçün tezliklə yeni qərarlar verəcəklər.

GÜNÜN MANŞETLERİ

İran üç ABŞ gəmisini batırdı
REGİON / İRAN

İran üç ABŞ gəmisini batırdı

3/28/2026 1:00:45 PM
Tramp: İran
DÜNYA / MARAQLI

Tramp: İran "Tramp boğazı"nı açmalıdır

3/28/2026 12:09:01 PM
Yəməndən İsrailə raket hücumu
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Yəməndən İsrailə raket hücumu

3/28/2026 11:11:59 AM