İƏT İsrailin fələstinlilərə etdiyi son hücumları pisləyib

İƏT İsrailin fələstinlilərə etdiyi son hücumları pisləyib
Yayınlanma tarixi: 30.11.2022 13:33:02

İslam Əməkdaşlıq Təşkilatının Katibliyi Ramallahın şimal-qərbində İsrail əsgərləri tərəfindən 3 fələstinlinin qətlə yetirilməsini pisləyib.

İslamazeri.com xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının Katibliyi İsrailin Fələstin ərazilərində davam edən hücum və qətllərini pisləyən bəyanatında İsrailin rəsmilərini fələstinlilərə qarşı törədilən cinayətlərə görə tam məsuliyyət daşıdığını bildirib.

"Terrorçu İsrail rejiminin Fələstin xalqına qarşı amansız zülm və terror siyasətini pisləyirik", - bəyanatda qeyd edilib.

İslam Əməkdaşlıq Təşkilatı beynəlxalq ictimaiyyətdən sionist rejimin hücumlarını dayandırmaq və fələstinlilərə qarşı cinayətləri törədənlərin mühakimə olunması üçün dərhal müdaxilə etməyi xahiş edib.

Qeyd edək ki, Fələstin Səhiyyə Nazirliyi bu ilin əvvəlindən 205 fələstinlinin həyatını itirdiyini açıqlayıb. 

GÜNÜN MANŞETLERİ