İsrail qüvvələri fələstinlilərə sərt müdaxilə edib

İsrail qüvvələri fələstinlilərə sərt müdaxilə edib
Yayınlanma tarixi: 11/12/2022 1:49:27 PM

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif bölgələrində baş verən hadisələr zamanı 3 fələstinlini yaralayıb.

İslamazeri.com xəbər verir ki, El-Bire şəhərinin şimal girişində İsrail əsgərləri ilə fələstinlilər arasında baş verən qarşıdurma nəticəsində  bir fələstinlinin vurularaq yaralandığı bildirilib.
Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən yazılı açıqlamada  Beyt vilayətindəki hərbi nəzarət məntəqəsi yaxınlığında  ayağından yaralanan 17 yaşlı fələstinlinin Ramallah Xəstəxanasına çatdırıldığı qeyd edilib.
Fələstinin rəsmi  WAFA xəbər agentliyinin yaydığı məlumata görə, İsrail əsgərləri Beytlehem şəhərindəki Aida qaçqınlar düşərgəsində yaşayan fələstinlilərə sərt müdaxilə edib. Müdaxilə zamanı yaralanan bir fələstinli uşağın xəstəxanaya aparıldığı bildirilib. 
Məlumatda həmçinin İsrail qüvvələrinin El Xəlil şəhərində də bir fələstinlini yaraladığı vurğulanıb.

GÜNÜN MANŞETLERİ

CNN: Ayətullah Müctəba Xamenei ölkəni idarə edir
DÜNYA / MARAQLI

CNN: Ayətullah Müctəba Xamenei ölkəni idarə edir

5/10/2026 1:32:41 PM
İsrail Livanın dinc əhalisini qətlə yetirməyə davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livanın dinc əhalisini qətlə yetirməyə davam edir

5/10/2026 12:36:34 PM
İsrail İrana qarşı əməliyyatdan əvvəl İraqda gizli baza yaradıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail İrana qarşı əməliyyatdan əvvəl İraqda gizli baza yaradıb

5/10/2026 11:19:50 AM