İrandan Almaniya kansleri Merzin ittihamlarına REAKSİYA

İrandan Almaniya kansleri Merzin ittihamlarına REAKSİYA
Yayınlanma tarixi: 5/19/2026 3:30:01 PM

İrandan Almaniya kansleri Merzin İrana qarşı ittihamlarına REAKSİYA

İslamazeri.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Almaniya kansleri Fridrix Merzin İrana qarşı ittihamlarına reaksiya verərək Qərbi ikili standartlar tətbiq etməkdə günahlandırıb.

Bəqayi Merzin BƏƏ-dəki nüvə obyekti yaxınlığında baş verən şübhəli partlayışla bağlı ittihamlarına cavab verib.

Bəqayi alman dilində verdiyi açıqlamada ABŞ və İsrailin Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti altında İranın nüvə obyektlərinə hücumlarının pislənmədiyini, əksinə qanuniləşdirildiyini iddia edib.

İran sözçüsü BƏƏ-dəki hadisənin regional sülhün düşmənləri tərəfindən saxta bir əməliyyat ola biləcəyini bildirdi və hətta Əbu-Dabi hökumətinin belə rəsmi olaraq İranı pisləmədiyini qeyd edib.

Bəqayi deyi: "Nüvə obyektlərinə hücum region xalqları üçün təhlükədirsə, bu prinsip yalnız Qərbin siyasi maraqları təhlükə altında olduqda deyil, bütün ölkələrə şamil edilməlidir."

Bəqayi açıqlamasında Almaniyanın "Sınıq Banka" tamaşasındakı "Hakim Adam" obrazına istinad edərək Merzi "seçmə ədalət" tətbiq etməkdə günahlandırıb.

GÜNÜN MANŞETLERİ