Yəməndə ABŞ PUA-sı vuruldu.
İslamazeri.com xəbər verir ki, bölgədəki media qurumları, Yəmənin Marib vilayətinin səmasında ABŞ-a məxsus MQ-9 tipli pilotsuz uçuş aparatının vurulduğunu bildirib.
Bölgədəki xəbər mənbələrinin məlumatına görə, MQ-9 Reaper tipli Amerika pilotsuz uçuş aparatı Marib üzərində vurularaq yerə salınıb.
Xəbərlərə əsasən, sözügedən PUA-nın ABŞ qüvvələrinə aid olduğu qeyd edilib.
Lakin Yəmən Silahlı Qüvvələri tərəfindən hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.