Məhəmməd Baqir Qalibaf İranın Çin üzrə xüsusi nümayəndəsi təyin edilib.
İslamazeri.com xəbər verir ki, İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İran İslam Respublikasının Çin üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin olunub.
Qalibafın bu yeni təyinatı ilə birlikdə İran-Çin münasibətləri müstəvisində siyasi, iqtisadi və strateji sahələrdəki təmasların idarə edilməsində aktiv rol oynayacağı gözlənilir.
Qeyd edək ki, bu vəzifəni daha əvvəl Əli Laricani və Əbdürrza Rəhmani Fəzli icra ediblər.