İran və Rusiya arasında 500 milyon avroluq gizli raket müqaviləsi

İran və Rusiya arasında 500 milyon avroluq gizli raket müqaviləsi
Yayınlanma tarixi: 2/23/2026 2:44:00 PM

İran və Rusiya arasında 500 milyon avroluq gizli raket müqaviləsi

İslamazeri.com xəbər verir ki, Financial Times qəzetində sızdırılan Rusiya sənədlərinə və məsələyə yaxın mənbələrə əsaslanan bir xəbərə görə, İran və Rusiya arasında minlərlə qabaqcıl çiyin atıcı raketinin tədarükü üçün 500 milyon avroluq gizli bir müqavilə ortaya çıxıb.

Sənədlərdən məlum olur ki, ötən ilin dekabr ayında Moskvada imzalanan bu vacib müqavilədə Rusiyanın üç il ərzində İrana 500 ədəd Verba mobil buraxılış qurğusu və 2500 ədəd 9M336 raketi tədarük edəcəyi nəzərdə tutulur.

Qəzetin nəzərdən keçirdiyi rəsmi müqavilə mətnində Tehran hökumətinin bu qabaqcıl müdafiə sistemlərini rəsmi olaraq ötən ilin iyul ayında tələb etdiyi göstərilir.

Danışıqların birbaşa Moskvada Rusiyanın dövlət silah ixracı şirkəti Rosoboronexport ilə İran Müdafiə Nazirliyinin və Silahlı Qüvvələrin Logistikasının nümayəndələri arasında aparıldığı bildirilir.

Müqavilənin qrafikinə görə, tədarüklərin 2027-2029-cu illər arasında üç ayrı partiyada həyata keçirilməsi planlaşdırılır.

GÜNÜN MANŞETLERİ

Əraqçi Cenevrəyə yola düşdü
REGİON / İRAN

Əraqçi Cenevrəyə yola düşdü

2/25/2026 5:30:32 PM
Qazaxıstanda hərbi təyyarə qəzaya uğrayıb
DÜNYA / MARAQLI

Qazaxıstanda hərbi təyyarə qəzaya uğrayıb

2/25/2026 2:09:01 PM
İmam Əli (ə) və Fizika elmi
DİN

İmam Əli (ə) və Fizika elmi

2/25/2026 12:22:04 PM
İlham Əliyev Küveyt Əmirini təbrik edib
ÖLKƏ / SİYASƏT

İlham Əliyev Küveyt Əmirini təbrik edib

2/25/2026 11:12:45 AM
Mərifət duası
DİN

Mərifət duası

2/25/2026 10:58:59 AM