İran Rusiyadan 21 ədəd helikopter alacaq

İran Rusiyadan 21 ədəd helikopter alacaq
Yayınlanma tarixi: 6/18/2026 1:00:01 PM

İran Rusiyadan 21 ədəd helikopter alacaq.

İslamazeri.com xəbər verir ki, “Rusiya Helikopterləri” holdinqi (“Rostex”in tərkibinə daxildir) İran İslam Respublikasının Qızıl Aypara Cəmiyyəti üçün 21 ədəd Mi-171 mülki helikopterinin tədarükünə dair sənədləri imzalayıb. Bu barədə şirkətdən məlumat verilib.

“Rostex” dövlət korporasiyasının “Rusiya Helikopterləri” holdinqi İran İslam Respublikasının Qızıl Aypara Cəmiyyəti üçün 21 ədəd Mi-171 helikopterinin tədarükünə dair sənədləri imzalayıb.

Məlumatda bildirilir ki, bu maşınlar sanitariya əməliyyatlarında, nəqliyyat funksiyalarının yerinə yetirilməsində və digər sosial əhəmiyyətli vəzifələrin həllində istifadə olunacaq.

Holdinqin baş direktoru Nikolay Kolesovun sözlərinə görə, İran uzun illərdir ki, Rostex və “Rusiya Helikopterləri” holdinqinin tərəfdaşıdır. O bildirib ki, İslam Respublikasında Rusiya istehsalı olan onlarla mülki helikopter istismar olunur və onlar iqtisadiyyatın əsas sahələrində istifadə edilməklə yanaşı, sosial əhəmiyyətli funksiyaları da yerinə yetirirlər.

“Bu gün İran İslam Respublikasının milli Qızıl Aypara Cəmiyyəti üçün 21 ədəd maşının tədarükünə dair sənədlər imzalanıb. Onlardan ilk partiyanın 2027-ci ildə sifarişçiyə təhvil verilməsi planlaşdırılır”, – deyə Kolesov qeyd edib.

GÜNÜN MANŞETLERİ

Sabah ölkə üzrə pensiyalar ödəniləcək
ÖLKƏ / MÜXTƏLİF

Sabah ölkə üzrə pensiyalar ödəniləcək

6/18/2026 12:11:58 PM