İranın milli valyutası bir həftə ərzində 15%-dən çox dəyər qazanıb.
İslamazeri.com xəbər verir ki, İran və ABŞ arasında diplomatik razılaşmadan sonra İranın milli valyutası bir həftə ərzində 15%-dən çox dəyər qazanıb.
Bazarlarda sülhün təsirləri hiss olunarkən, İranda sərbəst valyuta bazarını izləyən "pashizi.com" veb saytında dərc olunan hesabatda ötən həftə 180.000 rial ətrafında ticarət edilən ABŞ dollarının bu gün 152.000 riala düşdüyü bildirilir.
İranın milli valyutası olan rial bir həftə ərzində 15%-dən çox dəyər qazanıb.