İran: Ayətullah Xameneinin dəftərxanası olan bölgədə bir güllə belə atılmayıb...

İran: Ayətullah Xameneinin dəftərxanası olan bölgədə bir güllə belə atılmayıb...
Yayınlanma tarixi: 2/27/2026 1:20:01 AM

Agentlik rəsmilərin açıqlamasına istinadla qeyd edib ki, yayılan xəbərlər “tamamilə əsassızdır” və ictimaiyyətdə çaşqınlıq yaratmaq məqsədi daşıyır.

İslamazeri.com xəbər verir ki, İranın Təsnim xəbər agentliyi "Mücəhidin Xalq Təşkilat"ının (MKO) iddialarını təkzib edib.

MKO əvvəlcə açıqlama yayaraq İranın Ali Dini Lideri Ayətullah Xameneinin dəftərxanası ətrafında baş verən ağır silahlı toqquşmalarda 100-dən çox üzvünün öldürüldüyünü və ya həbs olunduğunu bildirmişdi.

Təsnim rəsmi mənbələrə istinadla yazıb: “Bu bölgədə bir güllə belə atılmayıb. Əgər hər hansı həbs halları olubsa, bu adi və normal prosesin bir hissəsidir.”

Agentlik rəsmilərin açıqlamasına istinadla qeyd edib ki, yayılan xəbərlər “tamamilə əsassızdır” və ictimaiyyətdə çaşqınlıq yaratmaq məqsədi daşıyır.

Qeyd edək ki, bəzi saytlar İranda məhkəmə və ya ədliyyə qurumuna məxsus binanın şəkilini yayımlayaraq, bu xəbərə aid olma görüntüsü yaratmışlar.

GÜNÜN MANŞETLERİ