İran ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin 6 agentini məhv edib

İran ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin 6 agentini məhv edib
Yayınlanma tarixi: 3/2/2026 10:10:01 AM

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) ABŞ kəşfiyyat fəaliyyəti ilə əlaqəli strateji bir yer İran tərəfindən raket hücumuna məruz qaldı.

İslamazeri.com xəəbr verir ki, İraqda yerləşən Shafaq xəbər agentliyinin məlumatına görə, İranın Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) ABŞ kəşfiyyat fəaliyyəti ilə əlaqəli bir yerə raket zərbəsi nəticəsində ən azı altı MKİ agenti öldürülüb. Ən azı iki MKİ agenti də yaralanıb.

İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) rəsmi açıqlamasında əməliyyatların ABŞ tərəfində ümumilikdə 560 itki ilə nəticələndiyi iddia edilib.

Bu arada, ABŞ prezidenti Donald Tramp Truth Social platformasında "Amerika qüvvələrinin doqquz İran dəniz gəmisini batırdığını və ölkənin dəniz qərargahını məhv etdiyini" iddia edib.

Trampın iddiası müstəqil şəkildə təsdiqlənməyib.

İnqilab Keşikçiləri bu gün "Əsl Vəd 4" Əməliyyatının beşinci mərhələsinə daxil olduğunu açıqlayıb.

GÜNÜN MANŞETLERİ

Hizbullahdan Livan hökümətin qərarına etiraz
DÜNYA / İSLAM DÜNYASI

Hizbullahdan Livan hökümətin qərarına etiraz

3/2/2026 9:22:01 PM
Livan hökümətindən Hizbullaha qadağa qərarı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Livan hökümətindən Hizbullaha qadağa qərarı

3/2/2026 9:17:35 PM
Müharibənin qalibi kim olacaq?
REDAKTORDAN

Müharibənin qalibi kim olacaq?

3/2/2026 8:08:01 PM