İmran Xanın həbsinə yeni order verilib

İmran Xanın həbsinə yeni order verilib
Yayınlanma tarixi: 3/14/2023 12:19:05 PM

Xan İslamabad dairə məhkəməsinin iclaslarına gəlməyib.

İslamabadın dairə məhkəməsi müxtəlif ittihamlarla 13 martda Pakistanın keçmiş baş naziri İmran Xanın həbsinə dair order verib.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, Xan İslamabad dairə məhkəməsinin iclaslarına gəlməyib.

Dairə məhkəməsinin qərarının ardınca İslamabaddakı hüquq-mühafizə orqanlarının əməkdaşları keçmiş hökumət başçısını tutmaq üçün vertolyotla Lahora yollanıb.

Bu əsnada isə Xan 30 apreldə ölkədə keçiriləcək seçkilər əleyhinə olan bugünkü mitinqə yollanıb.

Xatırladaq ki, 28 fevralda Xanın həbsinə order verilmişdi. Eks-nazir apellyasiya məhkəməsinə müraciət edərək həbs orderini 13 martadək dayandırmağa nail olmuşdu.

GÜNÜN MANŞETLERİ

CNN: Ayətullah Müctəba Xamenei ölkəni idarə edir
DÜNYA / MARAQLI

CNN: Ayətullah Müctəba Xamenei ölkəni idarə edir

5/10/2026 1:32:41 PM
İsrail Livanın dinc əhalisini qətlə yetirməyə davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livanın dinc əhalisini qətlə yetirməyə davam edir

5/10/2026 12:36:34 PM
İsrail İrana qarşı əməliyyatdan əvvəl İraqda gizli baza yaradıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail İrana qarşı əməliyyatdan əvvəl İraqda gizli baza yaradıb

5/10/2026 11:19:50 AM