Hersoq: "İsrail gözlərimizin önündə dağılır"

Hersoq:
Yayınlanma tarixi: 3/10/2023 12:43:33 PM

"Hazırda İsraildə baş verənlər əsl fəlakət və kabusdur"

“İsrail gözümün önündə dağılır. Burada baş verənlər fəlakətdir” 

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, bunu İsrail prezidenti İsaak Hersoq deyib.

İşğal olunmuş ərazilərdəki etirazlara toxunan Hersoq bildirib:

"Hazırda İsraildə baş verənlər əsl fəlakət və kabusdur. 

İsrail geri dönüşü olmayan bir nöqtənin astanasındadır və onun məhkəmə islahatları planı səhvdir və tamamilə ləğv edilməlidir.

İsrail gözlərimizin önündə dağılır. Burada baş verənlər fəlakətdir, mən təslim olmayacağam və həll yolu tapmaq üçün nəyin bahasına olursa-olsun çalışacağam. Çox vaxtımız yoxdur.

Parlamentin Hüquq Komitəsində müzakirə olunan məhkəmə-hüquq islahatları planı tamamilə ləğv edilməli və hamının razılaşa biləcəyi başqa planla əvəz olunmalıdır.

Geri dönüşü olmayan bir nöqtəyə yaxınlaşırıq. Bu ya fəlakətdir, ya da həll yolu, bizim üçüncü variantımız yoxdur”.

Dominant siyasi təbəqəyə müraciət edən Hersoq deyib:

Əgər tutduğunuz yolda davam etsəniz, xaosla qarşılaşacaqsınız və tarix sizi bağışlamayacaq. İndi ayağa qalxın və məsuliyyətli davranın”.

GÜNÜN MANŞETLERİ

Netanyahu ABŞ-ı İranla müharibəyə təhrik edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Netanyahu ABŞ-ı İranla müharibəyə təhrik edir

5/11/2026 10:28:23 AM
CNN: Ayətullah Müctəba Xamenei ölkəni idarə edir
DÜNYA / MARAQLI

CNN: Ayətullah Müctəba Xamenei ölkəni idarə edir

5/10/2026 1:32:41 PM
İsrail Livanın dinc əhalisini qətlə yetirməyə davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livanın dinc əhalisini qətlə yetirməyə davam edir

5/10/2026 12:36:34 PM
İsrail İrana qarşı əməliyyatdan əvvəl İraqda gizli baza yaradıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail İrana qarşı əməliyyatdan əvvəl İraqda gizli baza yaradıb

5/10/2026 11:19:50 AM
Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım edib
ÖLKƏ / MÜNASİBƏT

Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım edib

5/10/2026 10:50:01 AM