BMT Əfqanıstandakı humanitar vəziyyətlə bağlı bəyanat yayıb

BMT Əfqanıstandakı humanitar vəziyyətlə bağlı bəyanat yayıb
Yayınlanma tarixi: 1.12.2022 14:04:59

Əfqanıstanda 6 milyon insanın qida çatışmazlığı ilə üzləşdiyi bildirilir.

İslamazeri.com xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin Əfqanıstan üzrə xüsusi nümayəndəsinin müavini Ramiz Ələkbərov bildirib ki, Əfqanıstanın bəzi bölgələrində qışda temperatur mənfi 25 dərəcəyə enir.

Ələkbərov deyib: “Qışa hazırlıq səylərini dəstəkləmək üçün bizə 768 milyon dollar və ilin sonuna qədər 614 milyon dollar lazımdır”.

Ölkədə 6 milyon insanın qida çatışmazlığı ilə üzləşdiyini vurğulayan Ələkbərov 2023-cü ildə əhalinin üçdə ikisinin (28 milyon) humanitar yardıma ehtiyacı olacağını vurğulayıb.

Talibanın 2021-ci ilin avqust ayında hakimiyyətə gəlməsindən sonra ölkəyə edilən beynəlxalq yardımlar dayandırılıb. Bu vəziyyət ölkə iqtisadiyyatına ciddi zərbə vurub.

Dövlət qurumlarında və özəl sektorda işləyən minlərlə qadın işini itirib.

GÜNÜN MANŞETLERİ